Məşhur azərbaycanlı müğənni cinayətin qurbanı oldu
1988-ci il təvəllüdlü azərbaycanlı məşhur müğənni Rubail Əzimovun avtomobilindən oğurluq olub.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Fevralın 18-nə keçən gecə, Bakının Nərimanov rayonu Əziz Əliyev küçəsində naməlum şəxslər müğənninin “Land Rover” markalı avtomobilinin yan şüşəsini sındıraraq, onun salonundan 800 manatdan çox qiyməti olan planşeti oğurlayıblar.
Qeyd edək ki, fevralın 17-nə keçən gecə Bakının Qaradağ rayonu ərazisində oxşar yeddi oğurluq hadisəsi törədilib.
Hələlik bu faktlarla bağlı tutulan yoxdur, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
SON XƏBƏR / HADİSƏ
Tarix: 19-02-2020, 17:30