mobil versiya

Milli Məclisin yeni birinci vitse-spikeri kimdir? - TƏRCÜMEYİ HAL



YAP-ın Milli Məclis sədrinin birinci müavini postuna namizədi Əli Hüseynli olub.

Milli Məclisin yeni birinci vitse-spikeri Əli Hüseynli kimdir?

REPORTYOR.AZ xəbər verir ki, Əli Hüseynli 1968-ci ildə Bakı şəhərində anadan olub. O, 1985-ci ildə Bakı şəhəri, Binəqədi rayonu 135 saylı orta məktəbi bitirib.

1985-1986-cı illərdə Rusiyanın Kalinin vilayəti “Kalininselstroy” tikinti idarəsində fəhlə işləyib. 1987-ci ildə Kalinin Dövlət Universitetinin hüquq fakultəsinə daxil olub.

Əli Hüseynli 1988-1989-cu illərdə hərbi xidmətdə olub. 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib.
1991-1995-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsində, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, 1996-2000-ci illərdə isə Azərbaycan Respublikasının Milli Məclisində müxtəlif vəzifələrdə çalışıb.

Əli Hüseynli həm də hüquq elmləri doktorudur.

Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyəti rəhbərinin müavinidir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının üzvü olub.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 10-03-2020, 10:39