mobil versiya

Röya, Natəvan və Səidənin saç davası - VİDEO




Bir neçə gündür yerli şou-biznesdə saç davası başlayıb.

BAKU.WS xəbər verir ki, fotosessiya etdirən Xalq artisti Röya Ayxan və klip çəkdirən Natəvan Həbibi uzun qara saçlarla kamera qarşısına keçib.
Röya yeni fotossesiyasını ictimaiyyətə təqdim etdikdən sonra Natəvan klipindən kadr paylaşmaqla aləmi bir-birinə vurub. Həmkarlar bir-birini imic oğurluğunda ittiham ediblər. Qalmaqalın ardından məlum olub ki, sənətçilər bir-birindən xəbərsiz eyni parikdən istifadə ediblər. Yəni günah stilistlərdə olub.

Röya Ayxanla Natəvan Həbibi arasında gedən imic qalmaqalına Səidə Sultan da qoşulub. Bir neçə ay əvvəl etdirdiyi fotosessiyasını yenidən paylaşan Səidə Röyanı təkrarçılıqda ittiham edib. 

O, paylaşımına belə şərh verib: "Röyanın İnstaqramda xəbər səhifələrindən sildirdiyi şəkili istədim öz səhifəmdə paylaşım. Sizcə, düz eləmişəm? Şərhi sizə buraxıram. Bu şəkli mən 2019-cu il 17 iyunda çəkdirmişəm. Ünvanlıdır. Niyə inciyirsiniz ki? Fakt göz önündədir".

Natəvan isə həmkarının paylaşımına "İdeya mənbəyidir ey... Yazıq gündə bir şey fikirləşir" şərhini yazıb və bundan sonra uzun qara saçlarla olduğunu əks etdirən arxiv videosunu paylaşıb.



SON XƏBƏR / KARUSEL
Tarix: 4-05-2020, 14:19