mobil versiya

Bakıda küçədə qadına hücum edildi - ANBAAN VİDEO




Bakıda qadın küçədə qarət edilib.

REPORTYOR.AZ Trend-ə istinadla xəbər verir ki, hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində baş verib. Əmircan qəsəbə sakini olan qadın naməlum şəxsin onun mobil telefonunu alaraq qaçması barədə polisə məlumat verib.

Suraxanı rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən soyğunçuluq törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunmuş, 1972-ci il təvəllüdlü Elman Abidov müəyyən olunub.




SON XƏBƏR / BANNER / KARUSEL / HADİSƏ
Tarix: 5-05-2020, 10:21