Doğmalarından uzaqda koronavirusla savaşan qəhrəmanlar - FOTOLAR
Bu gün Vətənimizin ön səngərindən biri də “COVID-19” virusu ilə mübarizə aparan xəstəxanalardır. O xəstəxanalar ki, orada tibb işçiləri gecə-gündüz min bir əziyyətə qatlaşıb koronavirusa yoluxmuş insanların həyatını xilas etmək üçün əzmlə çalışırlar.
Medicina.az xəbər verir ki, Mərkəzi Neftçilər xəstəxanasının koronavirusla mübarizədə gecə-gündüz çalışan tibb personalından bir neçəsini salamlayırıq. Bu xəstəxanada “COVID-19”la mübarizə aparan Elman və Telman Abbasov qardaşları da var. Kiçik tibb işçiləri olan qardaşlar növbə ilə bir-birini əvəzləyirlər. Çünki burada xəstələri qaldırıb yatırmağa, döşəyini təmizləməyə güclü kişi qolu lazımdır.
Bu mübarizədən az itki ilə çıxmağımız üçün onlar gecə-gündüz bilmədən çalışırlar. Tibb bacıları Xəyalə Abbasova, Nailə Babayeva kimi... Sevinc Hüseynova, Könül Quliyeva, Marina Nəsirova kimi...
Onların arasında elələri var ki, mart ayının 27-dən doğmaları ilə görüşməyiblər. Bu gün mübarizəyə qoşulmaq, ön cəbhədə olmaq istəyənləri də Vətən çağırır.
Tibb işçiləri Elman və Telman Abbasovlar, Xəyalə Abbasova, Nailə Babayeva...
Tibb bacıları Sevinc Hüseynova, Könül Quliyeva, Marina Nəsirova...
SON XƏBƏR / KARUSEL
Tarix: 14-06-2020, 13:25