Əməkdar artistin saxlanması ilə bağlı DİN-dən AÇIQLAMA

Əməkdar artist, muğam ustası Elnarə Abdullayeva karantin qaydalarını pozduğuna görə post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı DİN-dən REPORTYOR.AZ-a verilən məlumata görə, E. Abullayevanın saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. "Elnarə Abdullayeva karantin qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddə ilə protokol tərtib olunub. Lakin saxlanılıb polis bölməsinə aparılması ilə bağlı məlumatlar əsassızdır".
					
            SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
		
		Tarix: 27-08-2020, 18:39 
		  
		 
		 
		 
		 
		  		


























