DİN-dən İlqar Məmmədovun saxlanılması xəbərinə münasibət
Mətbuatda REAL partiyasının sədri İlqar Məmmədovun saxlanılması ilə bağlı xəbərlər yayılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov yayılan xəbərlərə münasibət bildirib.
E.Zahidov açıqlamasında deyib:
“Bu gün MSK-nın binası önündə saat 15:00-a gözlənilən razılaşdırılmamış aksiyaöncəsi REAL partiyasının sədri İlqar Məmmədovun, D18 hərəkatının rəhbəri Ruslan İzzətlinin və bir neçə fəalın polis tərəfindən saxlanılmaları barədə xəbərlər məlumatlar reallığı əks etdirmir, çünki hazıra qədər paytaxtdakı polis idarələrinə və bölmələrinə heç kəs gətirilməyib.
Ola bilər, profilaktiki tədbirlər zamanı kimlərsə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Bu da onların saxlanılması anlamına gəlməməlidir. Yeri gəlmişkən, xatırladım ki, dünən xəbər verdiyimiz kimi, razılaşdırılmamış istənilən aksiyanın baş tutmasına imkan verilməyəcək və qarşısı polis tərəfindən alınacaq”.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 16-02-2020, 14:30