mobil versiya

Azərbaycanda kənd müəmmalı şəkildə yanır: 10 min nəfər...




Şəmkirdə yanğın baş verib.


Sonxeber.az-ın məlumatına görə, hadisə gecə saatlarında rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb.

Kənd sakini Qəzənfər Rasim oğluna məxsus ot bağlaması naməlum şəraitdə yanıb.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib və əraziyə nazirliyin yanğınsöndürən maşınları, canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı ev sahibinə məxsus 150-dən artıq preslənmiş ot bağlaması yanıb.

Qeyd edək ki, kənd sakinləri oxşar hadisənin Zəyəm Cırdaxan kəndində bir neçə gündür baş verdiyini bildiriblər. Onların sözlərinə görə, naməlum şəxs və ya şəxslər gecələr ot tayalarına, evlərə od vururur.

Bu səbəbdən 2 min ev, 10 min əhalisi olan kənd sakinləri hamısı narahatlıq içindədir. Kəndin sakinləri yanğınların kim və ya kimlər tərəfindən törədilməsinin məlum olmadığını deyirlər.

Artıq hadisələrlə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib və bu istiqamətdə araşdırmalar aparılır./Oxu24.com
SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 16-09-2020, 12:55