mobil versiya

Bakıda çoxmərtəbəli binada YANĞIN - 70 nəfər...



Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində 2 otaqlı mənzildə yanğın olub.

REPORTYOR.AZ Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 95 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 10 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 70 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SON XƏBƏR / KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 12-12-2019, 13:00