mobil versiya

Bakıda yataqxanada yanğın baş verdi



Bakı şəhərinin Pirallahı rayonunda ikimərtəbəli yataqxana binasının birinci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 8 m² sahədə və dəhlizinin tavanı 4 m² sahədə yanıb.

FHN-dən REPORTYOR.AZ-a verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
KARUSEL / ÖLKƏ
Tarix: 10-11-2019, 15:00