mobil versiya

Paşinyan Putini belə aldatdı... - Ermənistanın sonunu gətirən YALAN!




"Moskvada əldə olunan humanitar atəşkəs rejimini Ermənistan tərəfinin pozmasından sonra Rusiyadan İrəvana sərt mövqeyin ortaya qoyulması lazım idi. Lakin hələlik biz bunu görmürük".

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, Moskvanın vasitəçiliyi ilə əldə olunan humanitar atəşkəsin Ermənistan tərəfindən pozulması birbaşa Rusiyanın imicina zərbə vurur:

“Çünki burada Rusiyanın vasitəçilik prinsipi faktiki olaraq nəticəsiz qalır. Bu baxımdan da növbəti dəfə danışıqlar masasına oturmaqdan söhbət belə gedə bilməz. Çünki Gəncəyə açılan atəş, eyni zamanda danışıqlar masasına açılmış atəş deməkdir. Bu hadisə bir daha onu göstərir ki, Azərbaycanın müharibədən başqa çıxış yolu yoxdur. Əslində əks-hücum əməliyyatlarına başlayanda da bizim başqa yolumuz yox idi. Çünki Ermənistanla, onun siyasi rəhbərliyi ilə danışmaq mümkün deyil. Bu insanlar bu günə qədər hərbdən, gücdən başqa dil qəbul etməyib, bundan sonra da edəcəklərini düşünmürəm”.

Politoloq humanitar atəşkəsin pozulmasının dünyaya mesaj olduğunu bildirib:

“Əslində humanitar atəşkəsin əldə edilməsi və ondan sonra baş verənlər dünyaya, xüsuilə ATƏT-in Minsk qrupuna mesaj oldu ki, münaqişənin danışıqlar yolu ilə həlli mümkünsüzdür. Onlar atəşkəs, regionda sülhün bərpa olunmasını isəyirlərsə, işğalçı Ermənistan ordusunun qeyd-şərtsiz işğal altında olan ərazilərdən çıxardılmasına nail olmalıdırlar. Əgər edə bilməyəcəklərsə, o zaman sülh də mümkün deyil və müharibə davam edəcək. Ümumiyyətlə, nə qədər ki, Azərbaycan ərazisində erməni əsgəri var, sülhdən danışmağa dəyməz”.
SON XƏBƏR / KARUSEL / SİYASƏT
Tarix: 12-10-2020, 15:56