mobil versiya

"Ermənilər bizə başqa seçim qoymayıb və..." - MÜHARİBƏ OLACAQ?




“Azərbaycan tərəfi münaqiçənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Biz dəfələrlə demişik, bu gün də deyirik ki, Qarabağda yaşayan ermənilərlə dinc şəraitdə yaşamağa hazırıq və onların təhlükəsizliyinə Azərbaycan hökuməti tam zəmanət verir. Ermənistan bununla  razılaşmayacaqsa, Azərbaycanın tam hüququ çatır ki, işğal altında olan torpaqları hərbi yolla azad etsin”.

Bu sözləri redaktor.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib. O bildirib ki, Ermənistanın Tovuz istiqamətindəki təxribatı işğalçılıq mahiyyətini ortaya qoydu:  

“Azərbyacan ordusu çox ustalıqla bu təxribatın qarşısını aldı və ermənilər geri çəkilməyə məcbur oldu. Düşmən tərəfi KTMT-yə üz tutdu, lakin oradan da istədiyini ala bilmədi.

Xatırlayırsınızsa, hazırki Ermənistan hökuməti hakimiyyətə gəldikləri ərəfədə əsas şüarları məhz KTMT-dən və Avrasiya İttifaqından çıxmaq idi. Onlar bununla bir növ Rusiyadan ayrılacağını və tamamilə müstəqil siyasət yürüdəcəklərini bildirirdilər. Nikol Paşinyan xalqı aldadaraq hakimiyyətə gəldi. Lakin hazırki hökumət verdiyi sözü tuta bilmir və nüfuzdan düşür. Bir sözlə, düşmən tərəfi növbəti dəfə həm yerli əhali yanında, həm də beynəlxlaq ictimaiyyət qarşısında rüsvay oldu”.

Millət vəkili bir sıra ölkələrin Azərbaycana olan dəstəyindən bəhs edib:  

“Azərbaycana əksər dünya ölkələri, təşkilatları dəstək oldu. İlk olaraq qardaş Türkiyə öz dəstəyini ifadə etdi. Qardaş ölkə real olaraq Azərbaycanın ərzi bütövlüyünü tanıdığını, dəstəklədiyini açıqladı. Hazırda da Türkiyə və Azərbaycanın birgə təlimlərinin şahidi oluruq.
Qoşulmama Hərəkatına üzv olan 120 dövlətin, BMT Təhlükəsizlik Şurasına daxil olan ölkələrin, İslam Əməkdaşlıq Təşkilatının bəyanatları Azərbaycana dəstəklə bağlı oldu. Bütün bunlar onu göstərir ki, Azərbaycanın Ermənistana nisbətən beynəlxalq arenada nüfuzu qat-qat çoxdur. Düşünürəm ki, ermənilər bütün bu baş verən proseslərdən nəticə çıxarmalı, onların bundan sonra edəcəkləri hansısa bir təxribatın ümumilikdə Ermənistan dövlətinin müstəqilliyini şübhə altına atacağını dərk etməlidir”.

N. Həmzəyev bildirib ki, Ermənistan qısa zamanda danışıqlar masasına oturmasa, Azərbaycan hərbi yolla torpaqları azad edəcək:
“Ermənistan qısa zamanda danışıqlar masasına oturmalı, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə razılığa gəlməli və işğal altında olan torpaqları qeyri-şərtsiz tərk etməlidir. Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. 



Düşmən başa düşməlidir ki, Azərbaycan dövləti öz ərazsində onların ikinci dəfə dövlət qurmalarına imkan verməyəcək.
Ancaq görünən odur ki, ermənilər bizə başqa seçim qoymayıb. Səbrimiz tükənib və ən qısa zamanda öz torpaqlarımızı hərbi yolla olsa belə azad edəcəyik”.

MANŞET / KARUSEL / GÜNDƏM
Tarix: 1-08-2020, 16:40