mobil versiya

Azərbaycanda yerli icra hakimiyyəti orqanlarında Vətən Müharibəsi iştirakçıları ilə əlaqədar yeni şöbə yaradılıb - FƏRMAN




Azərbaycanda yerli icra hakimiyyəti orqanlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, “Bakı Şəhər İcra Hakimiyyəti, Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai, Yasamal, Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı və Binəqədi rayonlarının icra hakimiyyətlərinin, Gəncə Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Şirvan və Mingəçevir Şəhər İcra hakimiyyətləri, Lənkəran Şəhər İcra Hakimiyyəti, Yevlax və Şəki Şəhər İcra hakimiyyətləri, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naftalan Şəhər İcra hakimiyyətlərinin aparatlarının strukturunda bununla əlaqədar müvafiq dəyişiklik edilib.

Eyni zamanda Azərbaycanın digər rayonlarında da yeni şöbənin yaradılması ilə "Rayon icra hakimiyyəti başçısı aparatının nümunəvi strukturu"nda müvafiq dəyişiklik edilib.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 7-01-2021, 12:10