mobil versiya

Metroda cibgirlik edənlər tutulub


Bakı Metropolitenində cibgirlik edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, Metropolitendə Polis Şöbəsininin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metronun müxtəlif stansiyalarında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən mobil telefon oğurlamaqda şübhəli bilinən 1976-cı il təvəllüdlü Zaur Qocayev, 1990-cı təvəllüdlü Fazil Zeynaov saxlanılıb.
Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müracət etmələri tövsiyə olunur.
Araşdırmalar davam etdirilir.

SOSİAL / CƏMİYYƏT
Tarix: 21-11-2022, 17:27



Şərh bildir
yenilə, əgər kod görünmürsə