mobil versiya

“Əl-Qaidə” terror təşkilatının lideri öldürüldü




ABŞ-ın Əfqanıstanda keçirdiyi antiterror əməliyyatı zamanı “Əl-Qaidə” terror təşkilatının lideri Əyman əl-Zəvahiri öldürülüb.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Əl-Zəvahirinin hansı şəraitdə və necə öldürülməsi hələlik məlum deyil.

O, Usamə bin Ladenin məhv edilməsindən sonra “Əl-Qaidə”yə rəhbərlik edirdi.

ABŞ prezidenti Cozef Bayden Əyman əl-Zəvahirinin məhv edilməsi əməliyyatının bütün aspektlərdə uğurlu olduğunu açıqlayıb.



KARUSEL / DÜNYA
Tarix: 2-08-2022, 08:30