XİN Milli Dirşəliş Günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi 17 Noyabr - Milli Dirşəliş Günü münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycan xalqının milli özünüdərk prosesində, azadlıq və dövlətçilik uğrunda mübarizəsində mühüm tarixi mərhələ olmuşdur.
Bu gün xalqımız birliyini, milli iradəsini və müstəqillik əzmini nümayiş etdirərək, dövlət suverenliyimizin bərpasına aparan yolun başlanğıcı kimi xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin iqtisadi və sosial inkişafının təmin olunması, eləcə də beynəlxalq müstəvidə prinsipial və fəal siyasətin həyata keçirilməsi istiqamətində ardıcıl səylərini davam etdirir.
Bu bayram münasibətilə xalqımıza rifah, əmin-amanlıq və davamlı inkişaf arzulayırıq".
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: 17-11-2025, 11:26



























