mobil versiya

Lebron Ceyms “All Star”ın tarixinə düşüb


“Los Anceles Leykers”in məşhur basketbolçusu Lebron Ceyms NBA tarixinə düşüb.Milli Basketbol Assosiyasiyası (NBA) xəbər verir ki, 39 yaşlı oyunçu 20-ci dəfə “All Star”ın (Ulduzlar komandası) heyətinə seçilib.
Bununla da o əfsanəvi basketbolçu Kərim Əbdül Cabbarı ( 19) qabaqlayıb. Üçüncü sırada isə 18 iştirakla mərhum basketbolçu Kobe Brayant yer alır.
Qeyd edək ki, builki “All Star” oyunu fevralın 18-də İndianapolis şəhərində keçiriləcək.


KARUSEL / İDMAN
Tarix: 26-01-2024, 12:30