mobil versiya

Timati Bakı bulvarında pulsuz burger paylayacaq




Oktyabrın 7-də saat 15.00-dan etibarən Milli Parkda – Kukla Teatrının arxasındakı meydançada "Black Star Burger”in açılışı baş tutacaq.

REPORTYOR.AZ "qaynarinfo.az"a istinadən xəbər verir ki, açılışa məşhur rusiyalı müğənni, "Black Star Burger”in sahiblərindən Timati də təşrif buyuracaq. Timati açılışda özü burger hazırlayacaq və 1000 ədəd burgeri iştirakçılara paylayacaq.

Açılışda şou-biznesin məşhurlarından Murad Dadaşov, Zamiq Hüseynov, Sevda Yahyayeva və başqaları da səhnədə yer alacaq. Açılış mərasimində xüsusi hədiyyələr olacaq.

Qeyd edək ki, hazırda paytaxtımızda Bülbül prospekti 21-də (Nizami kinoteatrı ilə üzbəüz) fəaliyyət göstərən "Black Star Burger”in daha bir filialı "28 Mall” Ticarət Mərkəzinin yuxarı mərtəbəsində açılmaq üzrədir.
MARAQLI / KARUSEL
Tarix: 7-10-2019, 11:24