mobil versiya

Boliviyada güclü yağışlar 16 nəfərin həyatına son qoyub




Boliviyada keçən noyabr ayından bəri leysan yağışlar azı 16 nəfərin ölümünə və 16 mindən çox ev təsərrüfatına ziyan vurub.

Reportyor.az xəbər verir ki, bunu Boliviya Mülki Müdafiə Nazirinin müavini Xuan Karlos Kalvimontes keçirdiyi mətbuat konfransında deyib.
Bildirib ki, noyabr ayından yanvarın ilk həftəsinə qədər yağan leysan yağışlar ölkəni dağıdıb, daşqınlara və ölümcül sürüşmələrə səbəb olub. O, qeyd edib ki, 36-ya yaxın bələdiyyəyə külli miqdarda ziyan dəyib.
KARUSEL / DÜNYA
Tarix: Dünən, 16:45