Futzal üzrə Azərbaycan kubokunun qalibi bu gün bilinəcək

Bu gün futzal üzrə Azərbaycan kubokunun qalibi məlum olacaq.
Reportyor.az xəbər verir ki, həlledici görüşdə “Araz-Naxçıvan” və PFL komandaları qarşılaşacaq.
Knyaz Əmiraslanov, Rza Məmmədov və Anar Fərəcovdan ibarət hakimlər briqadasının idarə edəcəyi matç “Olimpik Star”da, saat 14:00-da start götürəcək.
Azərbaycan kuboku, final
5 iyun
14:00. Araz-Naxçıvan – PFL
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Anar Fərəcov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Olimpik Star
KARUSEL / İDMAN
Tarix: 5-06-2025, 09:39