mobil versiya

ÇL: Bu gün “Qarabağ”ın potensial rəqibi müəyyənləşəcək





Bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Tədbirdə “Qarabağ”ın da potensial rəqibi bilinəcək.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma saat 14:00-da başlayacaq. Çempionlar yolunda püşkatmaya 2-ci təsnifat mərhələsinin cütləri qatılacaq.
Tədbirdən əvvəl UEFA iştirakçıları qruplara bölüb. Səpələnmişlər səbətində yer alan “Şelburn” (İrlandiya) – “Qarabağ” cütü 2-ci qrupda qərarlaşıb. Bu cütün mümkün rəqibləri 3-cü təsnifat mərhələsinin 3 cütüdür.
2-ci qrup (səpələnməmişlər)
“Riyeka” (Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan)
“Hamrun Spartans” (Malta) – “Dinamo” (Kiyev, Ukrayna)
“Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya)
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin oyunları iyulun 22-23-də və 29-30-da, 3-cü təsnifat mərhələsinin görüşləri isə avqustun 5-6-da və 12-də keçiriləcək.

Reportyor.az






KARUSEL / İDMAN
Tarix: 21-07-2025, 12:09