2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 400 şəxs bu terrorun qurbanı olub

"Hesabat dövründə bütün instansiya məhkəmələri üzrə 11.170 şəxs barəsində 10.046 iş üzrə dövlət ittihamının müdafiəsi təmin olunub, prokurorluq orqanları tərəfindən 658 apellyasiya və 198 kassasiya protestləri verilib, 441 apellyasiya protesti və 49 kassasiya protestləri təmin olunmaqla nəticədə məhkəmə səhvlərinin yuxarı instansiya məhkəmələri tərəfindən aradan qaldırılması təmin edilib.
Reportyor.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda cari ilin birinci yarısında görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə dair keçirilən Geniş Kollegiya iclasında deyillib.
Bildirilib ki, hesabat dövründə tabe rayon (şəhər) prokurorluqlarının fəaliyyətində də qənaətbəxş nəticələr əldə olunub, 2024-cü ilin birinci yarımili ilə müqayisədə adam öldürmə cinayətləri 21 vahid azalaraq törədilmiş 54 cinayətdən 53-nün açılması, bağlı qalmış 1 qəsdən adam öldürmə cinayət işinin isə cari ilin iyul ayında açılması təmin olunub.
Təəssüf hissi ilə qeyd edilmişdir ki, Ermənistan tərəfinin apardığı mina terroru nəticəsində 2025-ci ilin birinci yarımilində mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 18 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 400 şəxs bu terrorun qurbanı olub, onlardan 70 nəfəri həlak olub, 330 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: 24-07-2025, 18:00