mobil versiya

DTX-nın həbs etdiyi generalın yerinə o təyin olunub - FOTO




Xəbər verdiyimiz kimi, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Əfqan Nağıyev 13 may 2020-ci il tarixində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində həbs edilib. 

General-leytenant Əfqan Nağıyev bu ilin fevral ayından DSX Sahil Mühafizəsi xidməti rəisi vəzifəsindən azad olunduqdan sonra, onun yerinə Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi general-mayor Elşən Verdiyev təyin olunub. 

img

Xudat sərhəd dəstəsinin rəisi Aqil Babayev vəzifəsindən azad olunaraq, Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi vəzifəsinə təyin edilib. 

DSX-nin mətbuat katibi Rövşən Cahangirov “MediaPost”un sorğusuna cavab olaraq təyinatları təsdiqləyib.

MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Baxılıb: 358 Tarix: 30-07-2020, 16:48



Şərh bildir
yenilə, əgər kod görünmürsə