mobil versiya

Ronaldo əvəzləndi, baş məşqçiyə belə etiraz etdi - VİDEO



Dünən İtaliya A Seriyasının 12-ci turunun mərkəzi qarşılaşması “Yuventus”la “Milan” arasında keçirilib.

BAKU.WS xəbər verir ki, “Yuventus”un 1:0 hesabı ilə qalib gəldiyi matçda Kriştiano Ronaldo diqqət mərkəzinə düşüb.

O, 55-ci dəqiqədə əvəzlənməsinə görə baş məşqçi Mauritsio Sarriyə etiraz edərək birbaşa paltardəyişmə otağına yollanıb.

Ronaldonun yerinə meydana daxil olan Paulo Dibala isə “Yuventus”un qələbə qolunu vurub.

Oyundan sonra açıqlama verən Sarri Ronaldonu zədəli olduğu üçün əvəzlədiyini söyləyib.

“Ronaldo oynamaq üçün əlindən gələni etdi. Ancaq gördüm ki, özünü yaxşı hiss etmir və onu əvəzləməyin daha yaxşı olacağını düşündüm. Ən yaxşısını ortaya qoyan bütün oyunçular əvəzləndiyi zaman əsəbləşir”.


MARAQLI / KARUSEL
Baxılıb: 35 Tarix: 12-11-2019, 10:45


Şərh bildir
yenilə, əgər kod görünmürsə