mobil versiya

“İnter”i dayandıran tapıldı - Liderlik əldən çıxdı


İtaliya çempionatında 7-ci turun oyunları keçirilib.

BAKU.WS xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “İnter” öz meydanında “Yuventus”la üz-üzə gəlib.

Maraqlı və gərgin mübarizə şəraitində keçən matçda “Yuventus” 2:1 hesabı ilə qalib gəlib.

Bu qələbədən sonra “Yuventus” xalını 19-a çatdırıb və liderliyə yüksəlib. Mövsümdə ilk məğlubiyyətini alan “İnter” isə 18 xalda qalıb və ikinci pilləyə enib.

"İnter" - "Yuventus" - 1:2

Qollar: Dibala, 4 (0:1), Martines, 18-pen (1:1), İquain, 80 (1:2)



KARUSEL / İDMAN
Tarix: 7-10-2019, 10:12