Aviazərbələrdən Səfəvilər dövründə tikilimiş tarixi “Gülüstan” sarayı da ciddi zərər görüb

Tehran şəhərinə endirilən aviazərbələr zamanı Səfəvilər dövründə tikilimiş tarixi “Gülüstan” sarayı da ciddi zərər görüb.
Bu barədə sosial mediada məlumat verilib və ziyan görən tarixi sarayın şəkilləri paylaşılıb.

“Gülüstan” sarayı XVI əsrdə Səfəvi şahı I Təhmasib tərəfindən tikdirilib və Qacarlar sülaləsi tərəfindən iqamətgah kimi istifadə olunub.
Pəhləvilər sülaləsi zamanında mərasimlərdə istifadə olunan saray hazırda muzey kimi fəaliyyət göstərir. “Gülüstan” sarayı 2013-cü ildə UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilib.
Reportyor.az
BANNER / KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 3-03-2026, 17:13



























