mobil versiya

Olimpiya oyunlarının iştirakçısı 17 yaşında həlak oldu




Tunisli yelkən idmançısı, Tokio-2020 Yay Olimpiya oyunlarının iştirakçısı Eya Gezgez məşq zamanı həlak olub.

17 yaşlı idmançı ekiz bacısı Sarra ilə birgə məşq edərkən onların olduğu yelkənli qayıq güclü külək nəticəsində batıb. Sarra Gezgez xilas ola bilib.

Qeyd edək ki, onlar ötən il Olimpiya oyunlarında yelkən idmanının "49er FX" kateqoriyasında iştirak edərək 21-ci yeri tutmuşdular.

Eya və Sarra Gezgez Tokio-2020-nin ən gənc idmançılarından idilər.
DÜNYA / HADİSƏ
Tarix: 11-04-2022, 13:00