Bu ölkədə tarixdə ən böyük “quş qripi” epidemiyası qeydə alındı
Böyük Britaniyada tarixdə ən böyük “quş qripi” epidemiyası qeydə alınıb.
Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Ətraf mühit, Qida və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Baş baytarlıq müfəttişləri bütün Böyük Britaniya üzrə profilaktik zona elan edilməsi barədə qərar qəbul ediblər.
Qərara əsasən, İngiltərə, Uels və Şotlandiyada bütün quşçuluq təsərrüfatları “quş qripi” təhlükəsindən qorunmaq üçün ciddi tədbirlərə riayət etməlidirlər.
“Quşçuluq təsərrüfatları bu il tarixdə ən böyük “quş qripi” epidemiyası ilə üzləşiblər. Qışın gəlməsi ilə bu risk daha da artır, çünki köçəri quşlar Böyük Britaniyaya qayıtmağa başlayıb”, - deyə bəyanatda qeyd edilir.
Quşçuluq təsərrüfatlarından xüsusilə tələb olunur ki, quşlar hasarlanmış ərazilərdə saxlanılsın. Quşların sayı 500 nəfərdən çox olarsa, insanların əraziyə girişi məhdudlaşdırılmalı, həmçinin təmizlik işləri aparılmalı və nəqliyyat vasitələrinin dezinfeksiyası həyata keçirilməlidir.
DÜNYA
Tarix: 18-10-2022, 19:32