mobil versiya

Son 6 ayda sosial müavinətlərin həcmi 7,8% artıb - FOTO




Sosial təminat növləri (pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı) üzrə ödənişlərdə artım dinamikası 2022-ci ilin 6 ayında da davam edib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin birinci yarımili ərzində həmin sosial təminat növləri üzrə əhaliyə 3 mlrd. 247 mln. manat vəsait ödənilib.

Bu da ötən ilin eyni dövrünə nisbətən 7,8 faiz və ya 235,3 mln. manat çoxdur.


GÜNDƏM / SOSİAL
Tarix: 29-07-2022, 11:30