“Rusiya adekvat cavab verməsə, terror aktları yenidən törədiləcək”
Dövlət Dumasının “Vahid Rusiya”dan olan deputatı Oleq Morozov Krım körpüsündə baş verən partlayışı “qaydasız müharibə elanı” adlandırıb.
Azpost.info xəbər verir ki, deputatın sözlərinə görə, Rusiyaya qarşı açıq-aşkar terror müharibəsi aparılır.
“Krım körpüsündə çoxdan elan edilmiş terror aktı artıq sadəcə çağırış deyil, bu, qaydasız müharibə elanıdır”, – Morozov bildirib.
O əlavə edib ki, Rusiya adekvat cavab verməlidir, əks halda bu cür terror aktları yenidən törədiləcək.
GÜNDƏM / SİYASƏT
Tarix: 9-10-2022, 15:33