mobil versiya

SON DƏQİQƏ: Azərbaycanda qadına qarşı zorakılıq edən məmur saxlanıldı



Şəmkir rayon Kür qəsəbəsi Mənzil İstismar Sahəsinin rəisi Vazeh Vəliyev saxlanılıb.

BAKU.WS-in bölgə müxbirinin əldə etdiyi məlumata görə, artıq sözügedən məmura cinayət işi açılıb.

İlkin məlumata əsasən Vazeh Vəliyev öz vəzifə səlahiyyətlərini aşmaqda, tabeliyində çalışan qadına qarşı fiziki təsir göstərməkdə ittiham edilir.

Hadisə bir neçə ay bundan öncə baş verib və Vazeh Vəliyevin işi məhkəməyə çıxarılıb.

Qərara əsasən V.Vəliyev dünən saxlanılıb.

KARUSEL / HADİSƏ
Tarix: 11-06-2021, 12:33