mobil versiya

Flora Kərimova: "Mən vəfat edəndə..."




Xalq artisti Flora Kərimova qeyri-adi açıqlaması ilə gündəmə gəlib.

REPORTYOR.AZ xəbər verir ki, "Space 104 FM"ə qonaq olan sənətçi vəfat edən zaman ona baş daşı qoyulmamasını istəyib:

"Mən vəfat edəndə sizə Yaqut deyəcək, dünyasını dəyişib. Baxın, belə istəyirəm. Məni harada dəfn etsələr, baş daşı qoymasınlar.

Sadəcə ailəm nişan qoysun. Ziyarətə gələ bilsinlər. Yoxsa, şəklimi baş daşına vuracaqlar. Görənlər deyəcək ki, nə günə düşüb?"

Qeyd edək ki, hazırda Xalq artistinin 81 yaşı var.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 14-06-2021, 16:18