mobil versiya

Bakının özəl məktəbində mühafizəçi ilə valideyn arasında əlbəyaxa dava düşdü - RƏSMİ/VİDEO




Daxili İşlər Nazirliyi (DİN) Bakıda özəl məktəblərdən birinin həyətində yaranan insidentə münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, DİN-in mətbuat xidmətindən bildirilib ki, yaranan insidentlə bağlı araşdırmalara başlanılıb.

“Yayılan videogörüntülərdən məlumatlıyıq. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. İctimaiyyətə əlavə məlumat veriləcək”, - mətbuat xidmətindən bildirilib.


Qeyd edək ki, sosial şəbəkələrdə məktəbin mühafizəçisi ilə valideynlərdən birinin əlbəyaxa dava etdiyi görüntüləri yayılıb.


KARUSEL / HADİSƏ
Tarix: 30-09-2021, 11:30