mobil versiya

Aqil Abbasın rəis oğluna töhmət verilməsi ilə bağlı DİN-dən AÇIQLAMA




Deputat Aqil Abbasın rəis olan oğlu Tuncay Abbasovun töhmət alması ilə bağlı xəbərlərə DİN münasibət bildirib.

Bu barədə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

O bildirib ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasovun işində yol verdiyi nöqsanlara görə töhmət alması ilə bağlı yayılan iddialar əsassızdır. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun bu xüsusda hansısa əmri olmayıb.

*** 11:27

Deputat Aqil Abbasın polis rəisi olan oğlu Tuncay Abbasov töhmət alıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova işində yol verdiyi nöqsanlara görə töhmət verilib.

Onun Binəqədi RPİ-nin rəisi Musa Musayevin tapşırıqlarını vaxtında icra etmədiyi bildirilir.
KARUSEL / ÖLKƏ
Tarix: 17-01-2022, 23:00