mobil versiya

Rusiyadan şok hədə - “Bir atışa Borisi və İngiltərəni yox edərik"



Ukraynaya hücumlarına görə İngiltərədən Rusiyaya qarşı sərt tənqidlər davam etdirilir.

REPORTYOR.AZ xəbər verir ki, Baş nazir Boris Conson və komandasının digər üzvləri Rusiya və Vladimir Putinə qarşı Kiyevin yanında olmağa və Ukraynaya ölümcül silahlar verməyə davam edəcəklərini deyirlər.



Ukraynaya dəstəyini davam etdirən İngiltərəyə növbəti hədə ötən günlərdə Rusiya dövlət televiziyası “Rossiya 1”-in ekranından səsləndirilib. Telekanalın efirindən bildirilib ki, Rusiyanın atacağı raketlər Berlinə 106 saniyəyə, Parisə 200 saniyəyə, Londona 202 saniyəyə çata bilər.
Həmin kanal yenidən İngiltərəni hədəfə alıb. Rus telekanalı İngiltərəni radioaktiv sunami altında boğulmaq təhlükəsi gözlədiyini bildirib.
Teleaparıcı Dmitri Kiselyov sualtı “Poseydon”un İngiltərəni dənizin dərinliklərinə batıra biləcəyini iddia edib.

Kiselyov açıq şəkildə İngiltərənin nüvə silahları ilə məhv edə biləcəklərini deyib: “Niyə onlar kiçik bir ada olduqları halda böyük Rusiyanı nüvə silahı ilə hədələyirlər?”

Rus jurnalist çıxışına belə davam edib:

“Ada o qədər kiçikdir ki, bir “Sarmat” raketi onu əbədi olaraq boğmağa bəsdir. Rusiyanın “Sarmat” raketi dünyanın ən güclüsüdür, Texas (ABŞ-ın ştatı – red.) və ya İngiltərə böyüklüyündə bir ərazini məhv edə bilər. Bir atışda Boris və İngiltərə yox olacaq”.

KARUSEL / DÜNYA
Tarix: 4-05-2022, 10:00