mobil versiya

Cüdoçumuzdan Qran Pridə qızıl medal




Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə final görüşünə çıxıb.

REPORTYOR.AZ Oxu.Az-a istinadla xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançımızın rəqibi italiyalı Matteo Piras olub. Qalib gələn Y.Nəcəfov qızıl medal qazanıb.

Cüdoçumuz finala qədər Ramazan Kocakov (Bəhreyn), Çarli Yanq (Böyük Britaniya) və Yanislav Gerçevə (Bolqarıstan) qalib gəlmişdi.
KARUSEL
Tarix: 16-07-2022, 09:20