mobil versiya

Kosovonun şimalındakı serb məktəbləri fəaliyyətini dayandırıb


Serb təhsil sistemində fəaliyyət göstərən və Kosovonun şimalında yerləşən məktəblər regionda vəziyyətin gərginləşməsi səbəbindən bazar ertəsi açılmayacaq.
Bu barədə bazar günü axşam “Kosovo Online” portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, ölkənin şimalındakı təhsil müəssisələrinin bağlı qalacağı müddət hələ müəyyən edilməyib.
Kosovo və Metohiyadakı serblərin lideri Qoran Rakiç bazar günü Kosovonun şimalındakı vəziyyətlə bağlı vətəndaşları və KİV-i məlumatlandırmaq məqsədilə böhran qərargahının yaradıldığını elan edib.

KARUSEL / DÜNYA
Tarix: 12-12-2022, 09:31