Azərbaycanın ilk milli tankeri 239 min ton neft və neft məhsulları daşıyıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sifarişi ilə "Bakı Gəmiqayırma Zavodu" MMC-də inşa olunmuş ilk milli tankerimiz “Laçın” gəmisi ilə indiyə qədər 238 788,6 ton neft və neft məhsulları daşınıb.
Bu barədə ASCO xəbər verir.
Məlumata görə, bu gün tankerin Prezident İlham Əliyevin iştirakı ilə istismara verilməsindən 3 il keçir. Onun uzunluğu 141 metr, eni 16,9 metr, dedveyti dənizdə 7 884 ton, çayda 5 455 ton təşkil edir. Tanker saatda 10 dəniz düyümü sürətlə hərəkət edir. Gəmi ümumi tutumu 9 190 kubmetr olan altı neft anbarına malikdir.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 13-12-2022, 12:24