mobil versiya

Saakaşvili yenidən aclıq aksiyasına başlayıb



Gürcüstanın həbs olunmuş sabiq prezidenti Mixeil Saakaşvili yenidən aclıq aksiyasına başlayıb. O, məhkəmə iclasında məsafədən iştirakının təmin edilməsini tələb edir.
“Report” “Sputnik-Georgia”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Şalva Xaçapuridze məlumat verib.
Sabiq prezidentin cəzasına təkrar baxılması ilə bağlı dekabrın 14-nə təyin edilmiş bağlı məhkəmə iclası onun səhhəti ilə əlaqədar olaraq dekabrın 22-nə təxirə salınıb. Hakim bu qərarı Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinin indiki mərhələdə iclasa məsafədən qoşulmanı təmin etmək imkanından məhrum olduğunu açıqlamasından sonra qəbul edib.

KARUSEL / DÜNYA
Tarix: 14-12-2022, 16:36