mobil versiya

Azərbaycanda hakim koronavirusa yoluxdu - FOTO




Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusa yoluxub.

REPORTYOR.AZ APA-ya istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Bununla bağlı onun icraatında olan cinayət işləri təxirə salınıb.

Bundan başqa, İ.Həsənzadə ilə kollegiyada olan hakim Azər Paşayev və Əhməd Quliyevin də icraatında olan cinayət işləri təxirə salınıb.

Qeyd edək ki, İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin və ləğv olunmuş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işləri hakim Azər Paşayevin icraatındadır. Bu səbəbdən onların sentyabrın 3-də keçirilməli olan məhkəmə prosesləri təxirə salınıb.
SON XƏBƏR / KARUSEL
Tarix: 30-08-2021, 15:00