“Bu gün ölkədə məktəb müəllimini işdən azad etmək mexanizmi yoxdur” - nazir

Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə səsləndirilən suallara cavabında deyib.
Nazir müəllimlərin sertifikasiya imtahanında iştirakın könüllü olmamasına da aydınlıq gətirib:
“Əgər imtahanı könüllü etsəydik, onsuz da biliyinə güvənənlər rahat şəkildə gəlib imtahan verib uğur qazanacaq və maaşlarına əlavələr alacaqdı. Lakin diplomu saxta, biliyi olmayanların imtahana gəlməyə marağı olmayacaqdı”.
KARUSEL / CƏMİYYƏT
Tarix: 15-12-2022, 15:33