mobil versiya

Qobustanda ərzaq mağazasında külli miqdarda pirotexniki vasitələr aşkarlanıb



Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin gizli şəkildə satışının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun məlumatına görə, keçirilən əməliyyat tədbirləri zamanı Qobustan şəhərindəki Cənnətalı Qayıbova məxsus ərzaq mağazasında külli miqdarda pirotexniki vasitələr aşkarlanaraq götürülüb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci ( İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 23-12-2022, 11:46