mobil versiya

Dekabrın 31-də qaz limitləri yenilənəcək




SOCAR “Azəriqaz” İstehsal Birliyi mexaniki (sonradan ödənişli red.) sayğaclarda tarif limitlərinin yenilənməsinin gələn ilin 6 yanvar tarixinədək başa çatdırmağa planlaşdırır.
Bunu İB-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ölkə ərazisində istifadə olunan smart-qart tipli qaz sayğacların tarif limitinin yenilənməsi avtomatik olaraq baş tutacaq (2022-ci ilin dekabrın 31-dən 2023-cü ilin yanvarın 1-ə keçən gecə – red.). Hazırda Azərbaycanda smart-qart tipli qaz sayğaclarında istifadə edən abonentlərin sayı 1 mln. yaxıdır.
“Qalan 1,4 mln. yaxın abonentimizin, mexaniki, sonradan ödənişli sayğaclardan istifadə edən abonentlərinin limitlərinin yenilənməsi prosesi bir neçə gün vaxt alacaq”, – Eldəniz Vəliyev qeyd edib.
O əlavə etdi ki, Nazirlr Kabinetinin müəyyən etdiyi qaydalarına əsasən, mexaniki sayğaclarda limitlərin yenilənməsi yanvar ayının 10-a qədər (tədricən – red.) təmin olunmalıdır: “Amma qarşımızda qoyduğumuz əsas hədəflərdən biri odur ki, limitlərin yenilənməsi prosesi yanvar ayının altısına qədər icra olunsun”.
Qoyulan məqsədin yerinə yetirilməsinə mane edə biləcək amillərdə sırasında Eldəniz Vəliyev bayram günləri ilə əlaqədar abonentlərin evdə olmaması, turistik səfərlərdə olması və digər subyektiv səbəbləri sadaladı.
Xatırladaq ki, ötən il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrədən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.

KARUSEL / SOSİAL
Tarix: 23-12-2022, 13:21