mobil versiya

Yunanıstanın sonuncu kralı II Konstantin öldü



1964-cü ildən monarxiyanın ləğv edildiyi 1974-cü ilin sonunadək Yunanıstana hökmdarlıq edən sonuncu kral II Konstantin Afinada vəfat edib.

82 yaşlı kral yanvarın 10-da axşam saatlarında "İgeya" klinikasında dünyasını dəyişib. O, ötən həftə insult diaqnozu ilə müalicə müəssisəsinə yerləşdirilmişdi.
II Konstantin 1964-cü ildə taxta çıxıb. 1965-ci ildə Yunanıstan hökumət böhranı ilə üzləşib, iki ildən sonra isə “qara polkovniklər” ölkədə hakimiyyəti ələ keçirib. Kral onlara qarşı üsyan təşkil etməyə çalışsa da, buna nail olmayıb və Yunanıstanı tərk etmək məcburiyyətində qalıb. 1973-cü ildə “qara polkovniklər” ölkəni respublika elan edib, 1974-cü il dekabrın 8-də keçirilən referendumdan sonra monarxiya ləğv olunub.
Yunanıstanın hakimiyyət orqanları uzun müddət Londonda yaşayan kralı 1994-cü ildə vətəndaşlıqdan məhrum edib və o, yalnız ömrünün son illərində vətəninə qayıda bilib.
II Konstantin taxta çıxmazdan əvvəl yelkənli idman növü üzrə Olimpiya oyunlarının qızıl medalını qazanmışdı.

KARUSEL / DÜNYA
Tarix: 11-01-2023, 12:03