Rusiyada nüfuzlu "qanuni oğru"nu villasında belə həbs etdilər - VİDEO
Kriminal aləmdə "Kostya Kanskiy" ləqəbi ilə tanınan "qanuni oğru" Konstantin Naybauer Krasnoyarsk vilayətində həbs olunub.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Tanınmış kriminal avtoritet xüsusi təyinatlıların keçirdiyi əməliyyat zamanı bağ evində yaxalanıb.
"Kommersant" yazır ki, "Kostya Kanskiy" 2011-ci ilin iyulunda sui-qəsdə məruz qalıb. Ona naməlum şəxs evinin qarşısında beş dəfə atəş açıb. Oxşar sui-qəsdə 2005-ci ildə də məruz qalan Konstantin Naybauer sağ qalmağı bacarıb.
SON XƏBƏR / KARUSEL / HADİSƏ / VİDEOXƏBƏR
Tarix: 19-10-2019, 16:20