mobil versiya

Dünya çempionu başından güllələnərək öldürülüb



Atıcılıq üzrə dünya çempionu Xorxe Balesteros şəxsi avtomobilində güllələnib.

39 yaşlı ispaniyalı Madriddə ticarət mərkəzinin qarşısında dayanmış avtomobilində başından güllə yarası alıb. Dərhal xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.
Xorxe Balesteros 2017-ci ildə praktiki atıcılıq üzrə dünya çempionatının qalibi olub. O, həmçinin  3 qat Avropa və 17 qat İspaniya çempionudur.
İlk çempionluğunu 18 yaşında qazanan Xorxe həm də polisdə işləyirdi.

KARUSEL / İDMAN
Tarix: 12-01-2023, 10:11