mobil versiya

Saakaşvilinin son durumu ilə bağlı –GÖRÜNTÜLƏR



Gürcüstanda həbsdə olan sabiq Prezident Mixail Saakaşvili məhkəməyə müalicə aldığı xəstəxanadan videobağlantı ilə qoşulub.

Görüntüləri Saakaşvili öz sosial media hesabından paylaşıb.

Onun fiziki durumu ciddi narahatlıq doğurub.
Sabiq prezidentin cəzasının təxirə salınması ilə əlaqədar keçirilən bugünkü dinləmədə müdafiə tərəfinin şahidləri dindiriləcək. Məhkəmədə çıxış edən Saakaşvili durumunun kəskin pisləşdiyini və müalicə alması üçün icazə verilməsini istəyib.
Qeyd edək ki, Saakaşvilinin vəkilləri onun cəzasının təxirə salınması və ya cəzadan azad edilməsi üçün məhkəməyə müraciət ediblər. İşə hakim Giorgi Arevadze baxır.
Saakaşvili vəziyyətinin getdikcə pisləşməsi ilə əlaqədar ötən gün müalicə aldığı klinikada reanimasiyaya yerləşdirilib. Sabiq prezidentin bədən çəkisinin təxminən 40 faizini itirdiyi bildirilir.


KARUSEL / DÜNYA
Tarix: 1-02-2023, 14:59