Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan bildirilib ki, fevralın 11-dək Günəş fəallığının bir qədər aktivləşəcəyi gözlənilir. M sinif alışmanın başvermə ehtimalı 55 faiz, X sinif isə 15 faiz təşkil edir.
2 MeV-dən çox enerjili elektron selinin fevralın 10-dək proqnoz dövründə yüksək səviyyədə qalacağı, fevralın 11-də isə zəifləyəcəyi gözlənilir. Enerjisi 10MeV-dən çox olan proton selinin fon səviyyəsində qalacağı proqnozlaşdırılır. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının başvermə ehtimalı 1 faiz təşkil edir.
Proqnoz dövründə CH HSS-in (Tac dəliklərindən çıxan yüksəksürətli zərrəciklər seli) təsiri zəifləsə də, son baş vermiş aktivlik və CME-lərin geomaqnit sahəsinin aktivliyinə təsirinin bir müddət davam edəcəyi və sakitləşəcəyi proqnozlaşdırılır
KARUSEL / ÖLKƏ
Tarix: 9-02-2023, 20:29