mobil versiya

Sabahdan mobil telefonların qeydiyyatı sərtləşdirilir –İMEİ kodu gizlədimiş telefonlar bloklanacaq



Sabahdan etibarən Azərbaycan ərazisinə daxil olacaq istənilən mobil telefonların İMEİ kodları məcburən bəyan edilməlidir.

Yəni, burada söhbət yalnız mobil telefonun gömrükdə bəyan edilməsindən deyil, onun həm də İMEİ kodunun bəyan edilməsindən gedir. Hansı ki, əvvəllər məhz telefonun özü bəyan edilirdi. Güman ki, artıq DGK və RİNN informasiya sistemləri inteqrasiya olunub.

Sabahdan sonra İMEİ kodu DGK bazasında olmayan telefonları RİNN-ə məxsus olan Mobil Cihazların Qeydiyyat Sistemində (portal.rinn.az) qeydiyyatdan keçirmək mümkün olmayacaq.
İMEİ kodu bir ay müddətində qeydiyyatdan keçirilməyən telefonlar da təbii ki, mobil operatorlar tərəfidən bloklanacaq və işləməyəcək.
Ölkəyə gətirilən mobil telefonların bəyan edilməsi DGK-nın Smart Customs mobil tətbiqi və ya e.customs.gov.az portal vasitəsilə reallaşacaq.

Xatırladıram ki, ölkəyə şəxsi məqsəd üşün gətirilən mobil telefonun qiyməti 800 dollardan artıqdırsa, məhz həmin artıq hissəyə təxminən 40%-dək gömrük rüsumu və gömrük xərcləri hesablanacaq.

Bütün bu məsələlər NK-nın məşhur 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı və 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası” ilə tənzimlənir.
Əlbəttə, bu sərtləşmə , ilk növbədə şəxsi məqsədlər adı altında mobil telefonların biznesini quranlara zərbə vuracaq. Hansı ki, onlar bununla da mobil telefonları gömrük rüsumu ödəyənlərdən daha ucuz sata bilirdilər.

Sadə vətəndaşlar isə, şübhəsiz ki, bazarda mobil telefonların qiymətlərinin artımını müşahidə edəcəklər.
Vəziyyətdən çıxmaq üçün, İMEİ kodalrını süni yollarla, müxtəlif proqramlardan istifadə etməklə qeydi-qanuni dəyişdirilməsini də məsləhət görmürük. Ən azı ona görə ki, hökumət paralel olaraq da bununla bağlı cərimələri sərtləşdirib.

Xatırladıram ki, hazırda İMEİ kodlarının qeydiyyat rüsumları hədsiz dərəcədə yüksəkdir.
Əvvəllər 5 manata olan bu rüsum bir neçə il öncə (31 iyul 2018-ci ildə) 30 dəfəyədək qaldırılıb , təxminən 20-150 manat civarında müəyyən edilib və indi də qüvvədədir.
Lakin ötən ilin sonu “Dövlət rüsumu haqqında” haqqında qanuna edilən dəyişikliklə mobil cihazların qedyiyyat rüsumlarına yenidən baxılması üçün NK-ya 2 ay vaxt verilib.

Yeri gəlmişkən , bir daha xatırladıram ki, bir qədər inanılmaz olsa da, uzun müddət mobil telefonların qeydiyyat rüsumlarından əldə edilən vəsaitlərdən, mövcud normalara əsasən, həm də Prezident Administrasiyası və RİNN əməkdaşlarının sosial müdaifəsini gücləndirmək üçün də istifadə edilib.
Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti

KARUSEL / CƏMİYYƏT
Tarix: 14-02-2023, 19:03