mobil versiya

Bayden Rusiyaya qarşı yeni sanksiyaların anonsunu verdi



Kiyevdə olan ABŞ prezidenti Co Bayden Rusiyaya qarşı yeni sanksiyaların anonsunu verib.
Bayden sanksiyaların bu həftə elan olunacağını açıqlayıb.
ABŞ prezidentinin sözlərinə görə, sanksiyalar rus döyüş maşını üçün işləyən elita və şirkətləri “vuracaq”.
“Bu həftənin sonunda biz elitalara və Rusiya döyüş maşınına yanacaq verən şirkətlərə qarşı əlavə sanksiyalar elan edəcəyik. Ukraynanın ödədiyi hesab inanılmaz dərəcədə yüksəkdir və itkilər çoxdur. Biz sevdiklərini itirən bütün insanların ailələri ilə birlikdə yas tuturuq. Biz bilirik ki, qarşıda çətin günlər, həftələr və illər olacaq”, – ABŞ lideri danışıqlardan sonra Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə keçirdiyi birgə brifinqdə deyib.
“Putinin işğal kampaniyası uğursuzluğa düçar oldu. Rusiya qoşunları əvvəllər işğal olunmuş ərazilərin yarısını itirib. Gənc, istedadlı ruslar Rusiyanı tərk edir, onların sayı on minlərlədir və onlar Rusiyaya qayıtmaq istəmirlər. Çünki onlar öz ölkələrində gələcək görmürlər. Rusiya iqtisadiyyatı indi təcrid olunmuş vəziyyətdədir və həyat mübarizəsi aparır…”, – Bayden bildirib.
KARUSEL / DÜNYA
Tarix: 20-02-2023, 16:29